Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Fev 03, 2021 | 10:02 / MÜHÜM HADİSƏLƏR

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Elmi  Şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov iclası giriş sözü ilə açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Gündəlikdə olan məsələlərlə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib. Şöbələrin qarşısına qoyulan mövzular haqqında geniş müzakirələr aparılıb və cari ilin planı ilə bağlı yekun qərar qəbul edilib.

İclasda ŞAR-dakı elmi və təşkilati şöbələrlə əlaqədar struktur dəyişiklikləri ilə bağlı yeni təkliflər irəli sürülüb.

Sonda cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.