HORİZON 2020 Proqramı çərçivəsində vebinar keçirilib Yan 21, 2021 | 11:01 / SEMİNARLAR

20 yanvar 2021-ci il tarixində Avropa Birliyinin Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı tərəfindən maliyyələşdirilən qrant layihələri ilə əlaqədar elmi vebinar keçirilib. 

Veminara müxtəlif ölkələrdən 100-dən çox astronom qatılıb. Avropa Birliyinin Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı tərəfindən maliyyələşdirilən 823734 nömrəli Marie-Sklodowska-Curie qrant layihəsinin AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) üzrə koordinatoru, ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f.-r.ü.f.d, dosent Canməmməd Rüstəmov vebinarda da iştirak edib.

Seminar Avropa Birliyi Komissiyasının Brüsseldə yerləşən ofisi tərəfindən təşkil olunub. Seminarda HORİZON 2020 qrant layihəsi çərçivəsində yerinə yetirilən elmi ezamiyyətlər zamanı ödənişlərin ödənilməsi qaydaları və bu zaman qarşıya çıxan çətinliklər müzakirə edilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.