Elmi Şuranın növbəti iclası keçirilib Sen 23, 2017 | 12:09 / İCLASLAR

Sentyabrın 22-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə ətraflı məlumat verib.

Elmi Şuranın iclasında rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun  Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış filialının rəhbəri vəzifəsinə seçilməsi haqqında qərar verilib.

Daha sonra iclasda Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Bayram Rüstəmovun, “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru  Ədalət Ətayinin, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Famil Mustafanın, “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin elmi işçisi Rəcəb İsmayıllının  xaricə ezamiyyətləri barədə hesabatları dinlənilib.

Sonda cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.