Azərbaycanda qış fəslinin başlanmasının dəqiq vaxtı açıqlanıb Dek 19, 2020 | 10:12 / ASTRO TƏQVİMLƏR

Qış fəsli ölkəmizə dekabrın 21-də Bakı vaxtı ilə saat 14:02:18-də qədəm qoyacaq.  Yer kürəsinin Şimal yarımkürəsində qış fəsli başlayacaq.

Bu haqda AMEA-nın  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini f.f.d. dosent Xıdır Mustafa oğlu Mikayılov məlumat verib.

Alim bildirib ki, bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.