2021-ci ildə fəsillərin daxil olma vaxtları Dek 03, 2020 | 15:12 / ASTRO TƏQVİMLƏR

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:

        1. Yaz fəsli (Baharın) gəlişi - 20 Mart  saat 13:37:00.  Yaz gecə-gündüz bərabərliyi. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək  cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

      2. Yay fəsli - Yay günəş duruşu-  21 İyun saat 07:32:00.  – Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san  olacaq.

        3. Payız fəsli22 Sentyabr  saat  23:21:00.- Payız Gecə-Gündüz bərabərliyi. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan   Şimal yarım kürəsində payız fəsli başlayır.         

        4. Qış fəsli - Qış günəş duruşu-  21 Dekabr    saat 19:59:00. – Bu zaman Yerin fırlanma oxy Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san  olacaq

      Qeyd:  Saatlar Bakı vaxtı ilə verilmişdir.

Hazırladı:  AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini f.f.d. dosent Xıdır Mustafa oğlu Mikayılov.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.