Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda iştirak edib Sen 16, 2017 | 15:09 / KONFRANSLAR

04-08 sentyabr 2017-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin elmi işçisi Rəcəb İsmayıllı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant dəstəyilə  Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən  “ESPM-15” ( 15th European Solar Physics Meeting) adlı beynəlxalq konfransda iştirak edib. Konfrans zamanı R.İsmayıllı “Kelvin-Helmholtz instability between solar wind’s components in 16-momentum MHD formalism” (16 momentli MHD formalizmasında günəş küləyinin kompo­nentlərinin qarşılıqlı təsiri zamanı yaranan Kelvin-Helmholts tipli dayanıqsızlıqların tədqiqi) adlı məruzə ilə çıxış edib.

Günəş Fizikası üzrə aparıcı mütəxəssislərin də qatıldığı beynəlxalq tədbirdə Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal-məruzələr dinlənilib. Bu isə öz növbəsində rəsədxanada bu sahə üzrə aparılan elmi tədqiqat işlərində istifadə olunan metodologiyanın, dünyanın digər qabaqcıl universitetlərində geniş yayılan və yeni tətbiqi əhəmiyyətə malik metod və texnologiyalarla uzlaşdırılmasına yardımçı olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.