Rəsədxanada C/2020 F3 kometinin spektral və fotometrik müşahidəsi aparılıb Avg 06, 2020 | 09:08 / ASTRO XƏBƏRLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda quraşdırılmış  yeni (UAGS + obyektiv Canon EF (f = 200 мм, f / 2) + CCD Andor (iKonL-936-BEX2-DD 2048x2048, px = 13,5 mkm) spektroqrafında və teleskopun yönəldici köməkçi teleskop-refraktorlarından birində (D=30 mm, F=5050 mm) CCD fotometr vasitəsilə C/2020 F3 kometinin 20, 27 iyul 2020-ci il tarixlərində spektral və fotometrik müşahidələri aparılmışdır. 20 iyul tarixində kometin Yerdən məsafəsi 104.57 million kilometr,  27 iyul tarixində isə məsafə 108.21 million kilometr olmuşdur. Müşahidə materiallarından alınmış nəticələrin beynəlxalq nüfuzlu jurnallarda çapı nəzərdə tutulmuşdur.

Qeyd edək ki, C/2020 F3 kometi 27 mart 2020-ci il tarixində NEOWISE (The Near Earth Object Wide-field İnfrared Survey Explorer) kosmik teleskopu vasitəsilə aşkar edilmişdir. Bu kometin Günəşə növbəti qayıdışı  6800 ildən sonra gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.