“2009 PQ1” asteroidi Yerə yaxınlaşır Avg 04, 2020 | 10:08 / ASTRO XƏBƏRLƏR

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) məlumatına görə 84-190 metr diametrli “2009 PQ1” asteroidi Yerə yaxınlaşır. Bu ölçüdə olan asteroidlər (diametri 100 metrdən çox) Yerə potensial təhlükə olaraq qiymətləndirilir.
Qeyd edək ki, “2009 PQ1” adlı asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. Astronomlar onu Apollonlar sinfinə – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər.
Asteroid avqustun 5-də axşam saat 20:35-də saniyədə 13,4 kilometr sürətlə Yerə ən yaxın məsafədən - 3,2 milyon kilometr yaxınlıqdan keçəcək ki, bu da Yerlə Ay arasındakı məsafədən 7 dəfə çoxdur.
Növbəti dəfə bu səma cismi Yerə 2137 ci ildə yaxınlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.