Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının onlayn formada iclası keçirilib İyl 17, 2020 | 15:07 / İCLASLAR

İyul ayının 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının növbəti iclası keçirilib.

İclası  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov  açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Gündəlikdə olan məsələlərlə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Sonda cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar, Respublika ərazisində tətbiq edilən sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq, Elmi Şuranın iclası “Zoom” proqramı vasitəsilə onlayn şəkildə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.