Rəsədxana magistrantlarının yay imtahan sessiyası başa çatıb İyl 16, 2020 | 14:07 / RƏSƏDXANA XƏBƏRLƏRİ

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.

Rəsədxananın magistraturasında "Astrofizika" ixtisaslaşması üzrə təhsil alan I kurs tələbələrinin "Ulduz fizikası", "Kosmik plazma", "Günəş fizikası", "Praktiki astrofizika və astronomik cihazqayırma" fənlərindən sonuncu imtahanları keçirilib.

ŞAR magistrantları 4-ü ixtisas fənni olmaqla ümumilikdə 7 imtahan verərək yay imtahan sessiyasını uğurla başa vurublar.

Qeyd edək ki, ölkə səviyyəsində mövcud karantin rejimi ilə əlaqədar olaraq, bütün imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn şəkildə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.