Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq konfransda iştirak edib Sen 15, 2017 | 12:09 / KONFRANSLAR

04-08 sentyabr 2017-ci il tarixlərində AMEA-nın müxbir üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxa­nasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev Rusiya Federasiyasının Zavoljsk şəhərində, REA Astronomiya İnstitutunun təşkilatçılığı ilə komet və meteor tədqiqatlarının inkişaf etdirilməsində böyük pay sahibi olan, rus astronomu F.A.Bredixin şərəfinə keçirilən “VI Bredikhin conference” adlı beynəlxalq konfransda iştirak edib.

Konfransda Ə. Quliyev kometlərin parçalanması və Şamaxı Astrofizika Rəsədxanasında alınmış komet spektrlərinin işlənmələrindən alınan nəticələr barədə iki məruzə təqdim edib. Konfrasda, həmçinin tanınmış alimlərlə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müza­kirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.