Cari ilin üçüncü Ay tutulması hadisəsi baş verəcək İyl 03, 2020 | 14:07 / ASTRO XƏBƏRLƏR

İyul ayının 5-də yarımkölgəli Ay tutulması olacaq.

Tutulma  hadisəsi  saat  07:07-də  başlayacaq  və  saat  09:52-də  sona  çatacaq.  Tutulmanın  maksimumu  saat  08:31-də  olacaq.

Bu  təbiət  hadisəsini  Cənub/Qərbi  Avropa,  Afrikanın  çox hissəsi,  Şimali  Amerikanın  çox  hissəsi,  Cənubi  Amerika,  Sakit,  Atlantik  və  Hind  okeanı,  Antarktidada  müşahidə  etmək  mümkün  olacaq.  Tutulmanın  maksimum  fazasında  Ay  adi  bədrlənmiş  (dolu)  Aydan  bir  az  tünd  görünəcək.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda  müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.