Rəsədxana əməkdaşları onlayn Beynəlxaq konfransda iştirak ediblər İyn 01, 2020 | 10:06 / KONFRANSLAR

27-29 may 2020-ci il tarixlərində Ukraynada (Kiyev) “Elm günü” çərçivəsində "Astronomiya və Kosmik Fizika" adlı Beynəlxalq konfrans keçirilib. İlk dəfə Zoom platforması üzərindən onlayn şəkildə təşkil olan bu ənənəvi konfrans bu dəfə Kiyev Taras Şevçenko Milli Universitetinin Astronomik Rəsədxanasının 175-ci ildönümünə həsr olunub.

Veb-konfransda bir neçə ölkədən olan astronom alimlər iştirak edib ki, onların içində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları – AMEA-nın müxbir üzvü, prof. Əyyub Quliyev və a.f.d Rüstəm Quliyev də olub.

Azərbaycan astronomları konfransda "Böyük planetlərin uzunperiodlu komet ailələrinin varlığı" mövzusunda  məruzə ilə çıxış edib. Maraqla qarşılanan məruzə ətrafında geniş müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.