Rəsədxana magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi onlayn formada keçirilib İyn 02, 2020 | 16:06 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın  prezidenti,  akademik  Ramiz  Mehdiyevin  müvafiq  sərəncamına  uyğun  olaraq,  AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  elmi-tədqiqat  işlərini  başa  çatdırmış  II  kurs  magistrantların  dissertasiyalarının  ilkin  müzakirəsi  "Zoom"  platforması  üzərindən  onlayn  rejimdə  həyata  keçirilib.  Onlayn  müzakirədə   ŞAR-ın   direktoru,   AMEA-nın   müxbir   üzvü 

Namiq Cəlilov, magistrantların elmi-tədqiqat işlərini apardığı şöbə müdirləri, elmi rəhbərləri və ixtisasçılar da iştirak edib.

İclası Namiq Cəlilov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Daha sonra ŞAR magistrantları Nərgiz Tağıyeva və Cənnət Səmədov, uyğun olaraq "NGC 7469 fəal nüvəli qalaktikasının dəyişkənliyinin xarakterik xüsusiyyətləri" və "HD206267 ulduzunun spektral tədqiqi" mövzusunda dissertasiya işləri haqqında təqdimatla çıxış edib, sualları cavablandırıblar.

Hər iki magistrantın məruzəsi ətrafında geniş müzakirələr aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.