Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları İran İslam Respublikasında təşkil edilən yay məktəbində iştirak ediblər Sen 15, 2017 | 12:09 / MÜHÜM HADİSƏLƏR

İran İslam Respublikası, Marağa Astronomiya və Astrofizika Elmi-tədqiqat İnstitutunun direktoru Dr.Hossein Ebadinin dəvəti ilə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Bayram Rüstəmov və  “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi  13-20 avqust 2017-ci il tarixlərində Marağa şəhərində, Marağa Astronomiya və Astrofizika Elmi-tədqiqat İnstitutunun təşkil etdiyi “9th Advanced Astrophysics Workshop of Marageh/Iran” adlı yay məktəbində iştirak ediblər.

Alimlər yay məktəbinin iştirakçılarına Şamaxı Astrofizika Rəsədxanasındakı teleskoplar, yara­dılan şərait, müşahidələrdə istifadə olunan elmi cihazlar-işıqqəbulediciləri  və yerinə yetirilən elmi-tədqiqat işləri barədə məruzələr oxuyub, ulduzlar və  planet  atmosferləri sahəsində elmi əmək­daşlıq imkanlarını müzakirə ediblər.  

Sonda Şamaxı Astrofizika Rəsədxanası ilə Marağa Astronomiya və Astrofizika Elmi-tədqiqat İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə müqavilənin hazırlanaraq imzalanması qərarına gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.