Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının onlayn formada iclası keçirilib May 14, 2020 | 14:05 / İCLASLAR

May ayının 14-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının onlayn iclası keçirilib.

İclası  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov  açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda hazırda bütün dünyanı bürümüş "Covid 19" virusunun ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında müvafiq sərəncamına əsasən Rəsədxananın fəaliyyəti qismən bərpa olunduğu üçün işə çıxan əməkdaşların bu tədbirlərə uyğun olaraq bütün profilaktik normalara riayət etmələrinin vacibliyi qeyd olunub.

Daha sonra Azərbaycan Astronomiya Jurnalının növbəti buraxılışı ilə bağlı müzakirələr aparılıb. Jurnal üçün hazırlanan məqalələr üzərində yekun korrektə işlərinin aparılması üçün əməkdaşlar arasında iş bölgüsü edilib.

Elmi Şuranın sədri Namiq Cəlilov ŞAR-ın magistr və doktorontlarının tədrisi ilə bağlı bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin magistrantlar üçün distant təhsilin təkşili ilə bağlı müvafiq sərəncamına uyğun olaraq, dərslər distant qaydada təşkil olunur.

Sonda cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.