Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı beynəlxalq yay məktəbində iştirak edib Sen 15, 2017 | 09:09 / MÜHÜM HADİSƏLƏR

18-28 iyul 2017-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri”   şöbəsinin böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adığözəlzadə Litva Respublikasının Vilnüs şəhərində təşkil edilmiş “Space missions: ground-based observations and science communication” adlı beynəlxalq yay məktəbində iştirak edib.

Moletay rəsədxanasında təşkil olunmuş yay məktəbində dünyanın 13 ölkəsindən gəlmiş gənc alimlərə aparıcı mütəxəssislər tərəfindən elmi mühazirələr oxunub və seminarlar keçirilib.

H.Adıgözəlzadə spektroskopiya və fotometriya sahəsində yeni metodlarla işləmək imkanı yaradan “Splat VO” və “Astroimage” proqramlarında işləmək bacarığına yiyələnib, bir sıra tanın­mış alimlərlə əməkdaşlıq, gələcək birgə proyektlərdə iştirakın mümkünlüyü barədə danı­şıqlar aparıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.