Atmosferində dəmir yağışları olan planet kəşf olunub Mart 12, 2020 | 15:03 / ASTRO XƏBƏRLƏR

Avropa kosmik Agentliyinin VLT-dən (Very large telescope) istifadə edən araşdırmaçılar qeyri-adi ekzoplanet kəşf ediblər. Belə ki, onun qeri-adiliyi atmosferində ərimiş dəmir yağıntılarının movcud olması ehtimalıdır. Bu ultra nəhəng planetin gündüzlər səthində 2400 selsi temperatur olur, bu da metalların buxarlanması üçün kifayət qədər uyğun temperaturdur. Güclü küləklər vasitəsilə dəmir buxarları nisbətən soyuq hissəyə daşınır, bunun nəticəsində soyuq mühitlə təmas edən metal damcı şəklində səthə düşür və dəmir yağışı  baş verir.

Balıq bürcündən 640 işıq ili uzaqlıqda yerləşən bu planet WASP-76b kimi adlandırılıb. Martın 11-i "Nature" dərc olunan məqalədəki kəşf 2018-ci il sentyabr ayında ESPRESSO tərəfindən müşahidə edilmişdir.

Planetin gündüz vaxtı öz ulduzundan aldığı radiasiya yerin günəşdən aldığı radiasiyadan minlərlə dəfə çoxdur. Bu çox istilik yaradır, bunun nəticəsində dəmir kimi metalların molekulları atomlara parçalanır və nəticədə atmosferə metal buxar şəklində daxil olur. Gündüz və gecə arasında olan həddindən artıq temperatur fərqi planetin atmosferində güclü küləklərin yaranmasına səbəb olur. Temperatur fərqinin 1500 dərəcə fərqləndiyi şəraitdə güclü küləklər dəmir buxarlarını çox isti tərəfdən nisbətən soyuq tərəfə daşınmasına səbəb olur. Nəticədə soyuyan dəmir buxarları maye-damcı şəklində planetin səthinə düşür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.