Bakı Dövlət Universitetində Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə növbəti "ASTROSEMİNAR"ı keçirilib Fev 26, 2020 | 09:02 / SEMİNARLAR

Fevralın 25-də Bakı Dövlət Universitetində, Astrofizika kafedrasının AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə növbəti "ASTROSEMİNAR"ı keçirilib.

F-r.ü.f.d. Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu və məruzəçi haqqında məlumat verib.

Sonra ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f-r.ü.f.d, dosent Ədalət Ətayi “N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Günəş sistemi planetlərinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda ŞAR alimlərinin planetlərə dair əldə etdikləri nəzəri və təcrübi nailiyyətlərdən, bu işlərə xarici mətbuatda həmkar alimlərin verdiyi dəyərdən danışılıb. Məruzə zamanı Ə.Ətayi 1982-ci ildə Beynəlxalq Astronomiya İttifaqının Ali Məclisinin qərarı ilə adı Mars planetinin xəritəsində əbədiləşdirilmiş Nadir İbrahimovun elmdə etdikləri nailiyyətlər və onların mahiyyəti haqqında maraqlı fikirlər söyləyib.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.