Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Türk Anadolu liseyində astroseminar keçirib Fev 25, 2020 | 10:02 / SEMİNARLAR

Fevral ayının 24-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d Canməmməd Rüstəmov Baki şəhərində yerləşən Türk anadolu litseyində “Qara dəliklər haqqında” adlı astroseminar keçirib. Seminarda litseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Canməmməd Rüstəmov seminarda müasir astronomiyanın ən ekzotik obyektləri olan qara dəliklərin əmələgəlmə xüsusiyyətləri və bu obyektlərin fiziki xüsusiyyətləri barədə məlumat verib. O, 2019-cu ildə ilk dəfə Qara dəliyin hadisələr üfüqünü şəklinin çəkilməsi, bu çəkilişin həyata keçirilmə üsulu barədə izahat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.