Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Yan 31, 2020 | 15:01 / İCLASLAR

Yanvarın  31-də  AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

İclası  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov  açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Gündəlikdə  olan  məsələlərlə  bağlı  aidiyyatı  şəxslərin  çıxışları  dinlənilib  və  müvafiq  qərarlar  qəbul  edilib.

Daha sonra iclasda elmi ezamiyyətdən qayıdan əməkdaşların - Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d Canməmməd Rüstəmovun "Horizon 2020" çərçivəsində Estoniya, “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, professor Nəriman İsmayılovun isə İtaliya ezamiyyəti barədə hesabatları dinlənilib. 

Sonda  cari  məsələlər  müzakirə  olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.