Bu gün cari ilin ilk tutulma hadisəsi olacaq Yan 10, 2020 | 09:01 / ASTRO XƏBƏRLƏR

Yanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk tutulma hadisəsi - yarımkölgəli Ay tutulması qeydə alınacaq.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum həddə olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. 

Bu təbiət hadisəsini Avropa, Asiya, Afrika və Avstraliya qitələrində, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.

Qeyd: Tutulma hadisəsi yarımkölgəli Ay tutulması olduğundan adi gözlə müşahidə etmək çətin olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.