Rəsədxananın əməkdaşı Almaniyada elmi ezamiyyətdədir Dek 27, 2019 | 13:12 / MÜHÜM HADİSƏLƏR

AMEA Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi,  a.ü.f.d Həmayıl Adıgözəlzadə Potsdam Leibniz Astrofizika İnstitunun “Ulduz astrofizikası və ulduz aktivliyi” bölməsində prof. S.Hubrigin və S.Jarvinenin rəhbərliyi altında “Aralıq kütləli cavan ulduzların maqnit sahələri” mövzusunda post-doc mərhələsində işi yerinə yetirmək üçün ezam olunmuşdur.

Post-doc məhələsində əsasən aşağıdakı işlərin aparılması nəzərdə tutulmuşdur:

a) ulduzların spektropolyarimetrik üsulla maqnit sahələrinin ölçülməsi metodunu mənimsəmək,

b) seçilmiş proqram ulduzların maqnit sahələrinin fırlanma periodunun müxtəlif fazalarında ölçərək həmin maqnit sahələrin induksiyasının dəyişməsinin fırlanma periodu ilə əlaqəsini öyrənmək,

c) cavan ulduzların atmosferinin müxtəlif qatlarında (fotosferdə, diskdə) formalaşmış spektral xətlərin profillərində və spektral parametrlərində, eləcə də parlaqlıqlarında və rəng göstəricilərində baş verən dəyişmələrlə ölçülmüş maqnit sahəsinin induksiyası arasında korrelyasıya axtarmaq,

d) maqnit sahələri ölçülmüş  HAe/Be tipli ulduzların ilk kataloqunu tərtib etmək.

İşin məqsədi Ae/Be Herbiq tipli ulduzların spektropolyarimetrik üsulla müşahidələri əsasında maqnit sahələrinin xüsusiyyətlərinin diaqnostikası və tədqiqidir. Əsas məqsəd HAe/Be ulduzlarında maqnit sahələrinin yaranması və təkamülü senarisini işləyib hazırlamaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.