Kosmik hava durumu və proqnozu Dek 09, 2019 | 11:12 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişmiş, Bz komponenti üçün isə -2 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 350 km/san-dək olmuşdur.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). 

Kosmik hava proqnozu – Proqnoz dövründə (09 - 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 - 11 dekabr) tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 - 11 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (09 - 11 dekabr) əsasən də birinci gün Günəş küləyi parametrlərinin ədədi qiymətlərində  mənfi qütblülüyə malik olan geoeffektiv CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına nisbətən artma proqnozlaşdırılır.

Proqnoz dövründə (09 - 11 dekabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 09 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.