Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib Dek 04, 2019 | 13:12 / ASTRO SEMİNARLAR

Dekabrın 4-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Seminarın rəhbəri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında ətraflı məlumat verib.

Daha  sonra  rəsədxananın  “Planetlər  və  kiçik  səma  cismləri”  şöbəsinin  elmi  işçisi  Fazil  İsmayılov  "Mars  planetinin  səthinin  spektral  parlaqlıq  əmsalının  araşdırılması  üçün  qaranlıq  obyektin  çıxılması  üsulunun  tətbiqi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda müasir dövrdə geofiziki informasiya sistemində (GİS) atmosferin, Yer səthinin öyrənilməsi üçün DOS (Qaranlıq Obyektin Çıxılması)  üsulundan geniş istifadə olunduğunu bildirib. Məruzədə ilk dəfə DOS üsulu Mars planeti səthinin öyrənilməsi üçün istifadə olunub. Planetin müxtəlif regionlarına dair kosmik təsvirlər emal olunub. Həmin təsvirlərdə planetin səthinin optik təzadlarının təhlili aparılıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.