Kosmik hava durumu və proqnozu Noy 28, 2019 | 09:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş  fəallığı  çox  aşağı  səviyyədə  olmuşdur.  Günəş  diski  ləkəsizdir.  Koronoqraf  görüntülərində  Yerə  doğru  yönələn  digər  CME  (Coronal  Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2  MeV-dən  çox  enerjili  elektron  seli  hesabat  dövrü  ərzində  normal  səviyyədə  olmuş,  27  noyabr/16.15  UTC-də  1,750  pfu-ya  bərabər  maksimal  qiymət  almışdır. 10  MeV-dən  çox  enerjili  proton  seli  bütün  hesabat  dövrü  ərzində  fon  səviyyəsində  stabil  qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 2-6 nT intervalında dəyişmiş, Bz komponenti üçün isə -4 nT qədər cənuba doğru kənaraçıxma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 400 km/san-dək olmuşdur.  Phi bucağı əsasən müsbət sektorda, qısa fasilələrlə isə mənfi sektorda qərarlaşmışdır.  

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).

Kosmik hava proqnozu – Proqnoz dövründə (28 - 30 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (28 - 30 noyabr) nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (28 - 30 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (28 - 30 noyabr) Günəş küləyi parametrlərinin normal rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (28 - 30 noyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=1, 2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.