Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Noy 21, 2019 | 12:11 / ASTRO SEMİNARLAR

Noyabrın 20-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin müdiri, professor  Nəriman İsmayılov “Elmi məqalələrin tərtibi qaydası və çapa hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.

Nəriman İsmayılov seminarda məqalələrin düzgün tərtibatının əhəmiyyətini qeyd edib. O, elmi məqalə yazarkən mövzu seçimi qədər, onun təqdimatının da böyük önəm daşıdığını vurğulayıb.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.