Məktəblərdə Astronomiya günləri Noy 08, 2019 | 16:11 / TƏDBİRLƏR
10-17 Noyabr 2019-cu il tarixlərində Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi çərçivəsində “Məktəblərdə Astronomiya Günü” qlobal layihəsi həyata keçiriləcək.
 
Atronomik təbliğat həftəsinin ilk iki günü - 10 noyabr BMT-nin Sülh və İnkişaf üçün Ümumdünya Elm Gününə və 11 Noyabr Merkurinin tranzitinə (bu təbiət hadisəsini izləmək üçün ŞAR-da və Planetariumda "Açıq qapı" günü keçiriləcək) təsadüf edir. Layihənin üçüncü günündən etibarən, Şamaxı və Bakı şəhər ümumtəhsil məktəblərində Rəsədxananın alim və mütəxəssisləri tərəfindən məktəblilər üçün astroseminarlar təşkil ediləcək. 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Şamaxı Rayon Təhsil Şöbəsi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçiriləcək təşəbbüsün əsas məqsədi, məktəbliləri ən qədim elm sahələrindən biri olan Astronomiya haqqında məlumatlandırmaq, bu elmin əhəmiyyətini onlara aşılamaqdır.

Qeyd edək ki, "Astronomiya günləri" çərçivəsində məktəblərdə təşkil olunan seminarların sonunda fərqlənən şagirdlərə sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.