Kosmik hava durumu və proqnozu Noy 04, 2019 | 09:11 / KOSMİK HAVA

Kosmik  hava  durumu – Günəş  fəallığı  çox  aşağı  səviyyədə  olmuşdur.  Günəş  diski  ləkəsizdir.  Koronoqraf  görüntülərində  Yerə  doğru  yönələn  digər  CME  (Coronal  Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2  MeV-dən  çox  enerjili  elektron  seli  hesabat  dövrü  ərzində  yüksək  səviyyədə  olmuş,  03  noyabr/17.55 UTC-də 2,930  pfu-ya  bərabər  maksimal  qiymət  almışdır. 10  MeV-dən  çox  enerjili  proton  seli  bütün  hesabat  dövrü  ərzində  fon  səviyyəsində  stabil  qalmışdır.

Hesabat dövründə ACE kosmik gəmisindən alınan məlumatlar Günəş küləyi parametrlərinin nominal rejimə uyğun olduğunu göstərir. Ümumi maqnit sahəsi (Bt) 6 nT qiymətindən 03noyabr/02.41 UTC-dən sonra 5 nT qiymətinə qədər enmişdir. Bz komponenti isə 3 nT və -4 nT intervalında dəyişmişdir. Günəş küləyinin sürəti 305-350 km/san intervalından qiymət almışdır.  

Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=2, 3). 

Kosmik hava proqnozu – Proqnoz dövründə (04 - 06 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (04 - 06 noyabr) orta səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04 - 06 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (04 - 06 noyabr) Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (04 - 06 noyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.