“Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək Okt 31, 2019 | 16:10 / MÜHÜM HADİSƏLƏR

Dekabr ayının 1-də Bakı Dövlət Universitetində “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumudur.

 

Təşəbbüsün məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadada IX-X sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəklər.

Qeyd edək ki, “Məktəblilərarası Astronomiya Olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

Olimpiadada iştirak etmək istəyənlər keçiddən istifadə edərək, qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 10 noyabr saat 23:59-a qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.