Rəsədxananın əməkdaşı Estoniya Respublikasında elmi ezamiyyətdədir Okt 28, 2019 | 10:10 / MÜHÜM HADİSƏLƏR

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  "Ulduz  atmosferləri  fizikası  və  maqnetizm"  şöbəsinin  müdiri,  f.-r.ü.f.d,  dosent  Canməmməd  Rüstəmov  Avropa  Birliyinin  Tədqiqat  və  İnnovasiya  Proqramı  "HORİZON 2020"  tərəfindən maliyyələşdirilən  “Ekstremal  Massiv  ulduzların  Fizikası” adlı,  823734  nömrəli  Mariya-Sklodovskaya-Küri  qrant  layihəsi  çərçivəsində  Estoniya  Respublikasının  Tartu  Universiteti  nəzdindəki  Tartu  Rəsədxanasında  elmi  ezamiyyətdədir.

Ezamiyyət müddətində Canməmməd Rüstəmov  göstərilən qrant layihəsi çərçivəsində tədqiq olunması nəzərdə tutulan massiv ulduzların əsas tədqiqat istiqamətləri, həllini gözləyən problemlər, tədqiqat zamanı tətbiq olunacaq üsullar, gözlənilən nəticələr, bu nəticələrin təhlil xüsusiyyətləri, Tartu rəsədxanasında və ŞAR-da aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və s. istiqamətlərdə iş aparır. O, artıq işçi qrupun yığıncağında çıxış edərək, ŞAR-da aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. Çıxış maraqla qarşılanıb və verilən suallar cavablandırılıb.

Bundan başqa, Canməmməd Rüstəmov ezamiyyətdə olduğu vaxt ərzində Tartu Rəsədxanasında nanopeyklərin buraxılması və kosmologiya sahəsində olan işlərlə də tanış olub və bu sahələrdə çalışan alimlərlə gələcəkdə mümkün əməkdaşlıqlar barədə müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.