"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsi üzrə səsvermə mərhələsinə start verilib Okt 25, 2019 | 15:10 / MÜHÜM HADİSƏLƏR

Oktyabr ayının 25-dən etibarən Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi münasibətilə Azərbaycanda təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin ikinci mərhələsi olan səsvermə mərhələsinə keçid edilib.

"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsi üzrə Milli Komitənin sədri Namiq Cəlilov qeyd edib ki, qəbul edilən bütün təkliflər dəyərləndirilib və onların arasından qaydalara uyğun olan 10 təklif səsvermə mərhələsi üçün seçilib.

Noyabr ayının 10-da səsvermə mərhələsi başa çatacaq və səsvermənin yekun nəticələrinə əsasən ən çox səs toplamış 3 təklif seçilərək, Beynəlxalq Astronomiya İttifaqına göndəriləcək.

Müsabiqənin nəticələri dekabr ayında açıqlanacaq.

Qeyd: Səsvermədə iştirak etmək üçün BAİ-nin Azərbaycan üzrə Astronomiya Əlaqələndirmə İdarəsinin veb-səhifəsinə daxil olun.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.