Kosmik hava durumu və proqnozu Okt 24, 2019 | 09:10 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi 3 – 4 nT intervalında dəyişmiş, Bz komponentində zəif kənaraçıxma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 370 km/san-yə qədər azalmışdır.Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4). 

Kosmik hava proqnozu – Proqnoz dövründə (24 - 26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (24 - 26 oktyabr) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24 - 26 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (24 - 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına G1 Minor səviyyəli qasırğa şəraiti (Kp=5) müşahidə oluna bilər. Xatırladaq ki, Azərbaycan 3824ꞌ və 4154ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə demək olar ki, məruz qalmır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30%-dən, son gün isə 15%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.