Azərbacan alimləri "Şərq tərəfdaşlığı - tədqiqatlar və innovativ əməkdaşlıq" konfransında iştirak edib Okt 23, 2019 | 09:10 / MÜHÜM HADİSƏLƏR

Avropa Birliyi - Şərq Tərəfdaşlığı Təşkilatının on illik yubileyi münasibətilə Moldovanın Kişinyev şəhərində "Şərq tərəfdaşlığı - tədqiqatlar və innovativ əməkdaşlıq" mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda Avropa Birliyi Komissiyası və təşkilatın müxtəlif ölkələrdən dəvət olunmuş nümayəndə heyyətləri iştirak edib.

Konfransın əsas məqsədi Avropa Birliyinin birgə qrant layihələri və gələcək perspektivlərin müzakirəsi olub.

Azərbaycanı təmsil etmək üçün Azərbaycan Milli elmlər Akademiyası (AMEA) tərəfindən Moldovaya ezam edilmiş nümayəndə heyyətinin rəhbəri olan AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, müxbir üzv Namiq Cəlilov konfransda çıxış edərək ŞAR tərəfindən alınmış "FP7" və "HORIZON 2020" meqaqratlarından, onların Azərbaycan elminə verdiyi töhfələrdən məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.