Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib Okt 17, 2019 | 16:10 / ASTRO SEMİNARLAR

Oktyabr ayının 17-də AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib. 

Seminara rəhbərlik edən f.-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib. 

Sonra rəsədxananın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin böyük elmi işçisi, f.-r.e.d Sabir Məmmədov "Günəş tacının MHD dalğaları ilə qızdırılması" mövzusunda məruzəsini seminar iştirakçılarına təqdim edib.

Təqdim olunan işdə Günəş tacının alfven dalğaları və maqneto-akustik dalğaları vasitəsilə qızdırılması problemlərinə baxılıb. Burada müxtəlif müəlliflərin hesabladığı enerji selinin qiymətinin 4-5 tərtib fərqlənməsi problemi tədqiq edilib. Müxtəlif fiziki parametrlərin qiymətlərinin enerji selinə təsiri araşdırılıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.