Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub Okt 09, 2019 | 09:10 / MÜHÜM HADİSƏLƏR

30 sentyabr - 4 oktyabr 2019-cu il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, müxbir üzv Əyyub Quliyev Rusiyanın Kazan şəhərində keçirilən “Околоземная астрономия и космическое наследиe» adlı Beynəlxalq konfransda iştirak edib.

Əyyub Quliyev konfransda “Günəş sistemində irikütləli naməlum planet” (Rüstəm Quliyevin həmmüəllifliyi ilə) və “Müxtəlif sinifli kometlərin kəşfində Günəş fəallığının təsiri” (Həzi Qasımovun həmmüəllifliyi ilə) mövzusunda məruzə ilə çıxış edib. Məruzələrin hər ikisi dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Konfransın gedişində bir qrup iştirakçı, o cümlədən Ə.Quliyev Tatarıstan Elmlər Akademiyası Prezidenti, akademik Myakzum Salahov tərəfindən qəbul edilib. Akademik M.Salahov söhbət əsnasında bu yaxınlarda Bakıda olmasını və oradan xoş təəssüratla qayıtdığını xüsusi vurğulayıb.

Qeyd edək ki, konfransın materialları toplu şəkildə çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.