"Planetlərin yaranması nəzəriyyəsi" cırtdan ulduzun yaxınlığındakı orbitdə nəhəngin olmasını izah edə bilmədi Okt 07, 2019 | 09:10 / ASTRO XƏBƏRLƏR

Astronomlar  kütləsi Günəşdən təqribən səkkiz dəfə az olan cırtdan ulduzun ətrafındakı orbitdə kütləsi Yupiterin kütləsinin yarısına bərabər olan sistem aşkar ediblər. “Science” jurnalında alimlər, planetin kütləsinin ulduzunun kütləsinə nisbətinin böyük olmasını planetlərin yaranması haqqında müasir nəzəriyyələrə istinad edərək böyük çətinliklə izah verə biliblər.   

Günəşin kütləsi Yupiterin kütləsindən 1050 dəfə böyük olduğu halda, GJ 3512 b planetinin kütləsi ətrafında fırlandığı GJ 3512 cırtdan ulduzun kütləsindən 270 dəfə kiçikdir. Planet İspaniya Kalar-Alto (Calar Alto) rəsədxanasının verilənlərinə görə müşahidə olunub.

Hazırda dörd minə yaxın ekzolanet məlumdur ki, onların cəmi 10 %-i kütləsi 0,6 Günəş kütləsindən böyük olmayan M cırtdan-ulduz sisteminə aiddir. Bu Qalaktikamızda və yəqin ki, Kainatda çox da geniş yayılmayan ulduz növlərindəndir.

Bir tərəfdən məlum planetlərin az bir hissəsi müşahidə seçiminin təsirləri, yəni belə ulduzların müşahisində  çətinliklər ilə əlaqələndirilir. Digər tərəfdən, bu gün planetin formalaşmasının dominant modeli olan nüvəli akkresiya nəzəriyyəsi (care accretion theory) aşkarlanması daha asan olan az sayda nəhəng planetlərin olmasını proqnozlaşdırır.

Barselona Universitetindən Xuan Carlos Moralesin (Juan Carlos Morales) başçılıq etdiyi Avropa, İsrail, ÇiliMeksikadan olan astronomlardan ibarət qrupun işində GJ 3512 qırmızı cırtdan sistemində planetlərin axtarışının nəticələri təqdim edilmişdir. Bu ulduz Yerdən 9.5 parsek məsafədə yerləşir, kütləsi 0.123 Günəş kütləsi təşkil edir ki, bu da onun Günəşə ən yaxın olan Alfa Centauri ulduz sisteminə aid olan, 1915-ci ildə İlles Eyton tərəfindən kəşf olunmuş Proksima Centaurinin oxşarı kimi görünməsinə imkan verir.

Müəlliflər bir planetin varlığını birmənalı olaraq müəyyən ediblər və hətta ikincinin də mümkün olmasının əlamətlərini təyin edə biliblər.

Ona ən yaxın, kütləsi Yupiterin kütləsinin 46%-dən az olmayan GJ 3512 b planeti ekssantresteti 0,44 olan orbit üzrə ulduz ətrafında 214 sutka ərzində bir dövr edir. İkinci GJ 3512 s-in periodu təqribən 1400 sutka olmalıdır, lakin onun digər parametrləri dəqiq məlum deyildir. 

Bu halda kütlələrin nisbətinin minimum qiyməti 0,0034 olur ki, bu da GJ 3512 b-ni mikroxətti­ləş­dir­mədən başqa hər hansı istənilən digər üsulla təyin olunan ən böyük kütləli planet edir.

Bununla belə, mikroxəttiləşmə  hadisələri adətən təkrarlanmır və böyük səhvlər ilə də xarakterizə olunur ki, bu da onların nəticələrini təhlil etmək imkanını məhdudlaşdırır.

GJ 3512 sistemi bir çox cəhətdən maraqlıdır:  İlk olaraq planetin kütləsi çox böyükdür və onun orbiti çox dartılmış formadadır. Bu isə digər planetlərlə qarşılıqlı təsir şəraitində gözlənilə bilər.

Digər bir tərəfdən planet əgər mövcuddursa, ulduzdan xeyli uzaq yerləşməlidir. Buna görə müəlliflər əvvəlcə üç planetin olduğunu fərz ediblər. Lakin onlardan birinin qonşusu ilə qarşılıqlı təsir nəticəsində atıldığını və onu ekssentrisitetli orbitə keçirərək, qalan ikisi arasında böyük bir boşluq əmələ gətirdiyini söyləyirlər.

Müəlliflər belə bir planetar sistemin yaranmasını kiçik daş cisimlərinin (pebble accretion models) akkresiya modelində izah etməyə müvəffəq olmayıblar. Alimlər bunu onunla əlaqələndirlər ki, belə böyük kütləli planetin formalaşması üçün kütləsi Yerin kütləsindən 5 dəfə böyük olan bir nüvən əvvəlcədən meydana gəlməlidir.

Kiçik kütləli bir ulduz halında bu mümkün deyil, çünki bu vəziyyətdə planetlər tez-tez orbitlərini nisbətən sürətlə dəyişdirməli və sonradan böyüməsi çətin olan protoplanet diskinin daxili sərhədinə köçməlidirlər.  

Diskin qeyri-adi böyük  kütləsi və ya onun ömrü ilə bağlı fərziyyələr də bu model çərçivəsində müşahidələri izah etmir.

Aşkar olunan  planetin kütləsi protoplanet disklə müqayisədə çox böyükdür. Onun kütləsi 0,1 ilə 10 Yupiter arasında olmalıdır ki,  planetin yaranması üçün səmərəli şəraitin olduğunu söyləmək mümkün olsun.

Bununla əlaqədar olaraq, alimlər sistemin mövcudluğunun ilk mərhələlərində diskdəki geniş miqyaslı qravitasiya dayanıqsızlığından planetin yaranması kimi alternativ modellərə müraciət edirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ideya ilə kiçik kütləli ulduz sistemində oxşar bir planetar sistemi  izah etmək mümkündür və ilk haldır. 

Astronomlar, planetin parlaqlığının ulduzun işığından təxminən 10 milyon dəfə kiçik olmasını təxmin edir və qiymətləndirmələr aparırlar. Bu, gələcəkdə onun (planetin) birba­şa müşahidə ilə aşkarlanacağına ümid etməyə imkan verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.