Növbəti tam Günəş tutulması baş verəcək Avg 18, 2017 | 23:08 / ASTRO XƏBƏRLƏR

Avqustun 21-də növbəti tam Günəş tutulması baş verəcək.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, tutulmanı Amerika Birləşmiş Ştatlarından bütünlüklə müşahidə etmək mümkün  olacaq.

Şimali Amerika, Cənubi Amerikanın şimal hissəsi, Atlantik və Sakit okean ərazisindəki məntəqələrdən isə tutulmanı qismən görmək olacaq. Xıdır Mikayılovun sözlərinə görə, Günəş tutulması Bakı vaxtı ilə 19:46-da başlayacaq, 20:48-də tam tutulma fazasına girəcək, 22:26-da isə tam Günəş tutulması baş verəcək.

Tam Günəş tutulmasının sonu  22 avqust 00:01-də, qismən tutulmanın sonu 01:04-də baş verəcək. Tutulma fazasının davam etmə müddəti 2 dəqiqə 40 saniyə təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.