Astronomlar Saturn halqalarının gənc olmasına şübhə edirlər Sen 24, 2019 | 10:09 / ASTRO XƏBƏRLƏR

Cassini” zondunun son zamanlar verdiyi məlumatın təhlilinə əsasən astronomlar Saturnun halqalarının nisbətən az yaş həddinin olduğunu göstərən açıqlamalar veriblər. Nature Astronomy jurnalında dərc olunan məqalənin müəllifləri həlledici rol oynayan bəzi proseslərin təsirinin ola biləcəyini nəzərə alaraq hesab edirlər ki, halqaların yaranma tarixi ilə bağlı yekun nəticə çıxarmaq hələ mümkün deyil. 

Saturn planeti bir neçə yüz min kilometrə qədər məsafədə yerləşən mürəkkəb halqalar və kiçik peyklər sisteminə malikdir. Halqalar əsasən su buzlarından ibarət olmaqla kiçik qarışıqlardan ibarətdir. Halqaları təşkil edən hissəciklərin ölçüləri millimetrdən metrə qədər dəyişir, bununla belə halqaların qalınlığı isə onlarla metrdən kilometrə qədər qiymətləndirilir ki, bu da istənilən halda hissəcikləri radiusla müqayisədə çox incə edir.

2017-ci ildə “Cassini” zondunun planetin dərinliklərinə qərq olması zamanı halqaların quruluşu və fiziki xüsusiyyətləri haqqında ən dəqiq məlumatlar əldə edilib. Halqaların daha dəqiq kütləsinin təyini xüsusilə, 1,54 ± 0.49 × 1019 kq, yəni Yer kürəsinin Antarktida buzlarının yarısına və yaxud Mİmas peykinin təxminən 40%-nə bərabər olması dəqiq hesablanıb.

“Cassini”nin məlumatına əsasən Saturnun halqalarının yaşı bir neçə on milyonlarla il qiymətləndirilib ki, bu da Yerdə dinozavrların məhvi ilə eyni vaxta təsadüf edir. Bu da onları 4.5 milyard il ərzində Günəş sistemində əmələ gələn Saturnun özündən daha cavan edir. Halqaların əvvəlcə təmiz buzdan ibarət olduğunu və meteorit axınının nəticəsində halqadakı buzların qaraldığını nəzərə alaraq və onların qaralma sürətinə əsasən halqanın yaşı  qiymətləndirilib. B halqasında qarışıqların yığılma səviyyəsi 0,1%-dən 0,5 %-dək, C halqasında isə 6-11% olduğunu nəzərə alsaq həmin fərz olunan vaxtı hesablaya bilərik.

Cote d'Azur Rəsədxanasından Orelyen Kridanın (Aurélien Crida) rəhbərliyi altında FransaABŞ-dan olan alimlər tərəfindən aparılan araşdırmalar, məsələnin həllinin daha mürəkkəb olduğunu göstərir. Müəlliflər halqaların yaşının müzakirəsi zamanı üç faktorun tez-tez qarışıq salındığını bildirirlər: halqaların yaranma yaşı, yarıqlar və dalğalar kimi xarakterik xüsusiyyətlərin yaşı və nəhayət, qaralmağa və tərkibinin dəyişməsinə səbəb olan xarici təsirlərə məruz qalma vaxtı. Alimlər qeyd edirlər ki, ilk halqaların formalaşmasına sərf olunan vaxtı qiymətləndirməyin birbaşa yolu yoxdur, bu ancaq dolayı müşahidələrdən çıxarıla bilər.

Tez-tez halqaların cavan olması barədə iddialara rast gəlmək olur: çünki halqaların köhnə quruluşları yoxdur və onlar çox “çirklənməyiblər”. Lakin belə bir qərar səhv nəticəyə gətirə bilər. Eyni zamanda, halqaların dinamik təkamül modelləri, onların yaşların çox olduğunu göstərir. Xüsusi halda, onların kütlələrinin hesablanmış qiyməti təxminən 4 milyard il yaşa uyğun gəlir.

“Saturnun halqalarının yaşını bir başa hesablaya bilmərik. Kridanın izahına görə halqaların yaşını kütlə və kimyəvi tərkib kimi digər fiziki xüsusiyyətlərdən çıxartmalıyıq" - Son tədqiqatlarda düşünülürdü ki, tozun axın seli və halqaların kütləsi sabitdir və bütün yığılan toz halqalarda saxlanılır. Lakin, “Cassini”nin digər məlumatlarına əsasən, daha qədim halqaların xeyrinə bir çox qeyri-müəyyənliklər var.” 

Belə nəticə çıxır ki, bir tərəfdən halqaların kifayət qədər yaşı olmalıdır, amma  halqaların  səthində tozun bu qədər az olması aydın deyil. Digər tərəfdən isə onlar cavan ola bilərlər, amma kütlələrinin uzun müddət təkamül edən bir sistemə uyğun olma səbəbi aydın deyildir. Müəlliflər üç variant təklif edirlər: halqalar yaşlıdır, amma bu yaxınlarda toz axını kəskin şəkildə artmışdır, Halqalar yaşlıdır və onların təmizlənməsi ilə bağlı hələ də naməlum bir mexanizm mövcuddur, halqalar cavandır və bu yaxınlarda Saturnun buzdan ibarət kiçik bir peyki (məsələn, Mimas) və ya komet ilə toqquşmuşdur. Bununla belə, bütün hallarda əks arqumentlər mövcud olduğuna görə bu fərziyyələrin heç birinə üstünlük verilə bilməz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.