Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Şamaxı Astrofizika Rəsədxanasında olub Sen 23, 2019 | 17:09 / MÜHÜM HADİSƏLƏR

Sentyabr ayının 21-də AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müşayətilə İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru Fernando Quevedo Şamaxı Astrofizika Rəsədxanasına səfər edib.

Səfərin məqsədi rəsədxananın infrastrukturu, elmi tədqiqat imkanları ilə tanış olub, perpektivdə elmi əməkdaşlıq sahəsində sıx əlaqələrin yaradılması ilə bağlı müzakirələr olub.

Səfərin əsnasında qonaqlar ilk öncə ŞAR-ın 2 metrlik teleskopunun binasında aparılıb, teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə məlumatlandırılıb.

Sonra rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov konfrans zalında ŞAR-ın 60 illik tarixi ilə bağlı məruzə ilə çıxış edib. Yarım əsrdən çox olan bu şərəfli elm yolunda rəsədxananın əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdırıb.

Daha sonra ŞAR-ın muzeyində olan qonaqlara muzeydəki ekspanatlar və onların tarixçəsi ilə bağlı geniş məlumat verilib.

Sonda birgə xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.