Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları üçün tibbi xidmət aksiyası keçirilib Sen 16, 2019 | 12:09 / MÜHÜM HADİSƏLƏR

Sentyabrın 14-də "Türk-American Medical Center" klinikasının səyyar tibbi xidmət personalları sosial proqram çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları üçün tibbi xidmət aksiyası keçirib.

Aksiya Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 101 illiyinə həsr olunub.

Terapevt, kardioloq, uroloq, ortoped, stomatoloq, laboratoriya mütəxəssisləri və tibb işçilərinin daxil olduğu işçi heyəti rəsədxananın əməkdaşlarını müayinə edib və tövsiyələr veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.