İsti "Yupiterlərin" atmosferində ilk dəfə kalium tapılıb Sen 10, 2019 | 12:09 / ASTRO XƏBƏRLƏR

Astronomlar ilk dəfə olaraq başqa ulduzlara məxsus iki isti ekzoplanet "yupiterin" atmosferində kalium atomlarını aşkar ediblər. İşin nəticələri ekzoplanetlərin atmosferində baş verən kondensasiya və ya fotoionizasiya prosesləri haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Bu məqalə Monthly Notices of the Royal Astronomical Society: Letters jurnalında dərc olunmuşdur. 

Öz ulduzlarına yaxın olan isti yupiterlərin atmosferində natrium və kalium atomlarının olması təxminən 20 il öncə nəzəri olaraq təxmin edilmişdi. Hər iki element planetin öz ulduzunun diskinin qarşısından keçməsi zamanı optik spektrlərdə aydın udulma zolaqları vermişdir. Bu halda ulduzdan gələn işığın bir hissəsi planetin atmosferindən keçir və müxtəlif kimyəvi elementlər tərəfindən udulur ki, bu da atmosferin kimyəvi tərkibini təyin etməyə imkan yaradır.

Əvvəllər HD189733bHD209458b ekzoplanetlərinin atmosferdə natrium aşkar edilməsi ilə əlaqədar işlər dərc olunmuşdu, lakin indiyə qədər bu isti yupiterlərin atmosferində kalium atomunun etibarlı şəkildə qeydə alınması halları olmamışdır.

Engin Kelesin (Engin Keles) rəhbərliyi ilə astronomlar qrupu absorbsiya (udma) spektroskopiyası metodunun köməyi ilə HD 189733bHD209458b isti yupiterlərin atmosferlərinin tədqiqatlarının nəticələri barədə məlumat veriblər. Müşahidələr 2017-ci ilin oktyabr tarixindən etibarən yerüstü LBT-də (Large Binocular Telescope - Böyük Binokulyar Teleskop) quraşdırılmış PEPSİ (Postdam echelle Polarimetric and Scectroscopic İnstrument – Elhelle Polarimerikvə spektroskopik cihaz) cihazı vasitəsi ilə aparılmışdır.

Astronomlar qeyd olunan ekzoplanetlərin yuxarı atmosfer təbəqələrində böyük dəqiqliklə kalium atomlarının və HD209458b atmosferində natrium atomları miqdarının HD189733b atmosferindəkindən iki dəfə az olmasını aşkar ediblər. Fərz olunur ki, belə fərqlər planetlərin özlərinin yaranması prosesi ilə bağlı deyildir. Fərq, atmosferin yuxarı qatlarında fotoionizasiya və (və ya) atmosferin aşağı qatlarında metal buxarlarının kondensasiya prosesləri, həmçinin atmosferdə buludların meydana gəlməsi mexanizmlərinin müxtəlifliyi nəticəsində yaranır.

Əvvəllər dörd yeni isti yupiter tapılmışdır ki, onlardan biri, bu günə qədər məlum olan ən isti, qəribə orbitli ekzoplanetdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.