Astronomlar ilk dəfə olaraq real zaman müddətində asterodin rəng dəyişkənliyini görüblər Sen 05, 2019 | 09:09 / ASTRO XƏBƏRLƏR

Astronomlar,  iki  quyruğa  malik  6478  Gault  adlı  asteroidi  müşahidə   zamanı   ilk   dəfə   olaraq   real   müşahidə  müddəti   ərzində   obyektin   rəng   dəyişkənliyini  müşahidə  ediblər.

Gaultun  səthində  toz  miqdarının  azalması  səbəbindən  rənginin  dəyişməsi,  asteroidin  sürətlə  fırlanması  nəticəsində  səthaltı  maddənin  aşınmaya  məruz  qalması  proseslərinin   mümkünlüyü   güman   edilir.   Məqalə, "The Astrophysical Journal letters"  jurnalında  dərc  edilib.

Gault astroidi (6478) 1988-ci ilin may ayında kəşf edilmiş və təxminən 2,2 milyard il əvvəl nəhəng asteroidlərin toqquşması nəticəsində yaranan iki minə yaxın astroiddən ibarət olan Fokey ailəsinə aiddir. Asteroidin diametri təqribən 4 kilometrdir, asteroid  qurşağının daxili hissəsində olmaqla Günəşdən 344 milyon kilometr məsafədədir. Bu ilin əvvəlində, obyektdə kometlər üçün xarakterik olan uzun bir quyruğun aşkar edildiyi elan edildi. Astronomlar bunun iki asteroidin yaxın qoşa sistemdə birləşməsi nəticəsində yaranmış ola biləcəyini fərz ediblər. Sonrakı müşahidələr göstərdi ki, bu asteroidin iki quyruğu vardır və bu quyruqlar tozdan ibarətdirlər. İki quyruğun YORP effetki nəticəsində iki asteroidin yaxın ikili sistemdə birləşməsi nəticəsində yarana biləcəyi hesab edilir. Yarkovsk-Okif-Radziyevski-Peddek effetki qısaca YORP effetki adlanır. Bu, düşgün simmetrik formaya malik olmayan kiçik asteroidlərin günəş şüalarının təsiri ilə fırlanma bucağı sürətinin dəyişməsi effektidir. Bu hadisənin xüsusi müşahidəsi 1900-cü ildən Yarkovski effekti kimi məlumdur. YORP effekti terminini 2000-ci ildə amerika geofiziki D.Rubink vermişdir.

Asteroidin sonrakı müşahidələri göstərdi ki, onun tozdan ibarət iki quyruğu var və çox güman ki, YORP effekti nəticəsində asteroidin tədricən dağılması nəticəsində əmələ gəlmişdir. Lakin bu fərziyyə hələ təsdiqlənməlidir.

Maykl Marssetin (Michaël Marsset) başçılıq etdiyi bir qrup astronom bu il mart ayında yaxın infraqırmızı dalğa oblastında yerüstü IRTF teleskopundan (İnfraqırmızı Teleskop Qurğusu) istifadə edərək aparılmış müşahidələrin nəticələri barədə məlumat verib. Məlum olub ki, asteroid rənginin mavidən qırmızıya qədər əhəmiyyətli dəyişkənliyi müşahidə edilir və bu rəng dəyişkənliyi parlaqlığın dəyişməsi ilə əlaqədar deyildir. Məlumatların ilkin təhlili göstərdi ki, Gaultun səthi daş örtüklüdür və su yarada biləcək böyük buz ehtiyatlarından məhrumdur. Obyektin özü S spektral sinfinə - silikat asteroidlərinə aid edilə bilər. 

Gaultun spektral xüsusiyyətlərinin dəyişkənliyinin izahı olaraq bir neçə fərqli fərziyyə irəli sürülülüb: astroidin kiçik dispers maddəsində Reley səpilməsi və ya astroidin səthindən uçan toz hissəciklərinin ölçülərinin dəyişməsi.

Ancaq müşahidə məlumatları, tozun Gaultun səthindən uçması və bunun nəticəsində örtüyün altından mavi rəngdə görünən bir maddənin olması  ilə izah oluna bilir.

Astronomların fikrincə, Gaultun səthinin belə aktiv yenilənməsinə səbəb YORP effektinin olmasıdır.  Gələcəkdə elm adamlarına bu cür aktiv obyektlərin fəaliyyət mexanizmlərini daha yaxşı dərk olunmasına  kömək etmək  üçün daha bir neçə müşahidə kampaniyası aparmaq planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.