Rəsədxananın əməkdaşı İspaniyada elmi ezamiyyətdə olub Sen 04, 2019 | 10:09 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin əməkdaşı Zümrüd Vidadiqızı 26-30 avqust 2019-cu il tarixlərində GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts - Sürətli inkişaf etmiş qlobal mesajlaşma şəbəkəsi alüdəçiləri) beynəlxalq layihəsi çərçivəsində keçirilən GRANDMA 2-ci təkmilləşdirici təlimi (2nd GRANDMA collaboration workshopilə əlaqədar İspaniya Respublikasının Qranada şəhərində, Andalusia Astrofizika İnstitutunda elmi ezamiyyətdə olub.

Ezamiyyət müddəti ərzində o, GRANDMA layihəsi ilə bağlı müzakirələrdə iştirak edərək bu layihə çərçivəsində istifadə edilən müasir proqramlarla tanış olub.

Zümrüd Vidadiqızı Andalusia Astrofizika İnstitutunda From Azerbaijan to GRANDMA” mövzusunda məruzə ilə çıxış edib. ŞAR-ın 60 sm-lik teleskopunda həmin layihə çərçivəsində aparılan müşahidələrdə alınan materiallar iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin gələcək birgə əməkdaşlıqlar barədə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.