Kosmik hava durumu və proqnozu Avg 15, 2019 | 11:08 / KOSMİK HAVA

Kosmik  hava  durumu – Günəş  fəallığı  çox  aşağı  səviyyədə  olmuşdur.  Günəş  diski  ləkəsizdir. Koronoqraflarda  CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri  əldə  olunduqdan  sonra  analizi həyata  keçiriləcəkdir.

2 MeV-dən  çox  enerjili  elektron  seli  hesabat  dövrü  ərzində  yüksək  səviyyədə  olmuşdur,  maksimal  sel  14 avqust/18.35 UTC-də  4,790 pfu  şəklində  qeydə  alınmışdır. 10 MeV-dən  çox  enerjili  proton  seli  bütün  hesabat  dövrü  ərzində  fon  səviyyəsində  stabil  qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 450 km/san olmuşdur. Ümumi maqnit sahəsi ortalama 4 nT intervalında olmuşdur. Bz komponenti zəif dəyişmişdir. Phi bucağı əsasən dəyişkən olmuşdur.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).

Kosmik hava proqnozu – Proqnoz dövründə (15 - 17 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 – 17 avqustorta səviyyəyə düşəcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 – 17 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk gün (15 avqust) Günəş küləyi parametrlərinin sakit rejimə uyğun olacağı, 16 avqustdan etibarən CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk gün (15 avqust) sakit şərait (Kp=1, 2) proqnozlaşdırılır. Növbəti proqnoz günü (16 avqust) CH HSS effekti geoeffektiv olacağından nisbətən fəallıq (Kp=2, 3) müşahidə olunacaq. Sonuncu proqnoz günü (17 avqust) yenidən çox sakit şərait (Kp=1, 2) hökm sürəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.