Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib Avg 09, 2019 | 09:08 / ASTRO SEMİNARLAR

Avqust ayının 8-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarın rəhbəri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında ətraflı məlumat verib.

Daha sonra seminarda ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi, İsmayılova Şəfəq "HD199478 ifratnəhəng ulduzunun spektrində udulma xətlərinin dəyişməsi" mövzusunda məruzə ilə çıxış edib.

Mərizəçi HD199478 ifratnəhəng ulduzunun 2011-2015-ci il tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda alınmış spektrləri əsasında  He I ,Si II ,DNa I, C II profillərinin dəyişməsi və spektral parametrlərinin tədqiqinin nəticələrini şərh edib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.