Sabah Ay tutulması olacaq İyl 16, 2019 | 14:07 / ASTRO XƏBƏRLƏR

İyul ayının 17-də cari ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

Tutulma saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq. Adıçəkilən təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda da müşahidə olunacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması (tam) yanvarın 21-də baş verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.