Orbitinin diametri Merkurinin orbitindən kiçik olan yeni asteroid aşkar edilib İyl 12, 2019 | 12:07 / MARAQLI MƏLUMATLAR

Astronomlar sübh və axşam çağları səmanı müşahidə edərkən Günəş ətrafında elmə məlum olan asteroidlərin içərisində ən kiçik periodlu kosmik daş müşahidə etmişlər.

ABŞ, Los Ancelesdən 145 km cənubi-şərqdə yerləşən Palomar rəsədxanasının Zwicty Transient Facility (ZTF) kamerası hər gecə səmanı sürətli skan edir. ZTF sistemi hərəkət edən və sayrışan obyektlərin: ulduzların sayrışmasını və ya partlamasını müşahidə etməklə yanaşı, Koliforniya Texnoloji İnstitutu tərəfindən cari ilin 8 iyul tarixində bəyan etdiyi kosmik daş kimi obyektlərin axtarışını da həyata keçirir.

Hazırda 2019 LF6 adını almış asteroid Günəş ətrafında 151 sutka periodla fırlanır: bu asteroiddə 1 il yer ilinin yarısına bərabərdir.

Bu asteroid, orbitləri yer orbitinin radiusundan kiçik olmaqla, Günəş ətrafında fırlanan, yerətrafı obyektlər sinfində Atir adlanan ailəyə aiddir.  Ölçüləri 1 km olan bu kosmik daşın orbiti müəyyən vaxtlarda Veneranın orbitindən kənarda, bəzən də Günəşə Merkuridən daha yaxın olur. 

LF6 həm ölçüləri baxımdan, həm də orbiti baxımdan qeyri-adidir – onun unikal orbiti belə böyük asteroidin yerətrafı orbitlərdə  onillərlə axtarışlarda kəşfdən necə yayınmasını izah edir”- deyə bu astroidi kəşf edən Koliforniya Texnoloji İnstitunun tədqiqatçısı Kbançji Ye (Quanzhi Ye) bildirmişdir.

Kbançji Yeyə əsasən Günəş yaxınlığında hərəkət edən bu asteroidlər sübh və ya axşam çağından 20-30 dəqiqə əvvəl daha yaxşı müşahidə olunur. Hazırkı dövrə kimi Kbançji Ye Atir sinfinə məxsus iki asteroid aşkar etmişdir.

Mənbə: https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190711050747

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.