Kosmik hava durumu və proqnozu - Zəif maqnit qasırğası gözlənilir İyl 11, 2019 | 11:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ~600 km/san intervalında olmuşdur. Ümumi maqnit sahəsi 4-12 nT intervalında olmuşdur. Bz komponenti üçün kənaraçıxma +5/-9 nT tərtibindədir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində CH HSS effekti ilə güclənmiş Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olmuşdur. G1 səviyyəli qasırğa əsasən 60 şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 3824ꞌ və 4154ꞌ şimal en dairələri aarasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır.

Kosmik hava proqnozu – Proqnoz dövründə (11 - 13 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (11 - 13 iyul) CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) təsiri hesabına yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (11 - 13 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (11, 12 iyul) Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (11, 12 iyul) geomaqnit sahədə mənfi qütblü CH HSS effektinin təsiri hesabına həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da 13 iyulda effektin təsirinin zəifləməsi ilə nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13  iyulda 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.