Rəsədxana alimlərinin məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc edilib İyl 10, 2019 | 15:07 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın  “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Sədi Hüseynovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu elmi jurnalda dərc olunub.

Məqalə, Rusiyanın "Plasma Pysics Reports" elmi jurnalının (Impact Factor 0.9412019-cu il üçün (Volume 45, Issue 7, Pages 685-698) buraxılışında nəşr edilib.

https://link.springer.com/article/10.1134/S1063780X19060047

“İkikomponentli anizotrop plazmada MHD dalğaları və dayanıqsızlıqları sərlövhəli məqalədə 16-momentli MHD köçürmə tənlikləri əsasında anizotrop kosmik plazmada dalğaların yayılması və dayanıqsızlıqların yaranması probleminə baxılmışdır.

Məsələnin həlli ikikomponentli plazma (elektron və ion) halı və maqnit sahəsi boyunca istilik selinin mövcudluğu üçün tapılmışdır. MHD yaxınlaşmasında tapılmış həllər kinetik yaxınlaşma ilə müqayisə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.